XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

21 May 2019 - 09:45

Tarix İnstitutunun aparıcı elmi işçisi vəfat edib

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı vəfat edib.

İnstitutun aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru Tofiq Məmmədov 84 yaşında dünyasını dəyişib.

T.Məmmədov 1935-ci il avqustun 5-də Şərurda anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Bakı Dövlət Universitetində 15 il (1970-1982; 1992-1994; 2008-2009) pedaqoji fəaliyyətlə məşğul olub.

Azərbaycan tarixşünaslığında ilk dəfə məhz o, yunan-latın, bizans, suryani, gürcü, ərəb dilində olan çoxsaylı mənbələri, Azərbaycan və xarici tarixçilərin ən yeni tədqiqatlarını, nəşr olunmuş arxeoloji və etnoqrafik materialları tədqiqata cəlb edilməklə Qafqaz Albaniyasının IV-VII əsrlər tarixini araşdırıb. 31 nəşr olunmuş elmi əsərin, 3 monoqrafiyanın müəllifi olub. /Report