XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

04 May 2015 - 13:24

İcra Hakimiyyətinə qarşı 3,5 milyonluq iddia – Partiya qərargahı ilə bağlı qalmaqal (ÖZƏL)
ötən ilin mart ayının 3-də AXCP-nin Tələt Şıxəliyev küçəsi-8 ünvanında yerləşən qərargahının zirzəmisində baş verən partlayışla bağlı yeni qalmaqallı məhkəməyə start verilib.
Strateq.az xəbər verir ki, qərargahın sahibi Azər Əsgərov partlayışdan sonra hüquqi müstəvidə bir sıra tələblər irəli sürüb. O, Nərimanov rayon İcra Hakimiyyətinə qarşı cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində iddiaçıya dəymiş 2.500.000 (İki milyon beş yüz min) manat məbləğində maddi, bir milyon manat mənəvi ziyanın ödənilməsi, iddiaçıya məxsus sökülmüş binanın yerində yeni bina tikilməsi üçün müvafiq sərəncam verilməsi və təqsirkar şəxslər barəsində cinayət işinin açılması barədə məhkəmə qaydasında iddia qaldırıb.
Artıq Azər Əsgərovun bu iddia ərizəsinə birinci instansiya məhkəməsində baxılıb. Lakin Bakı İnzibati-İqtisadi Məhkəmənin qərarı məhkəmə mübahisəsini həll etməyib. Ona görə birinci məhkəmə instansiyasının qərarından apellyasiya şikayəti verilib:
«İş artıq Bakı Apellyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin sədrliyi ilə icraata qəbul edilib. Hakim şikayətlə bağlı may ayının 6-na iclas saatı təyin edib».
Strateq.az onu da bildirir ki, partlayışa qədər Azər Əsgərovun mübahisələndirdiyi obyekt AXCP tərəfindən qərargah kimi istifadə olunub. Partlayışdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları baxış keçirib. Binanın qəzalı vəziyyətdə olduğuna dair akt hazırlanıb və bina sökülüb.
Mülk sahibi deyir ki, hökumət onun sökülmüş mülkünə görə hər kvadrat metrə 1500 manat, ümumilikdə 480 min manat pul təklif edir. Lakin o, bu məbləğlə razılaşmır və hər kvadrat metrə görə 3000 manat tələb edir.
Strateq.az