XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

21 May 2019 - 20:17

Unay Emeri:"Arsenal"ın Bakıda çoxlu azarkeşlərinin olduğunu bilirəm"

“Düşünürəm ki, azarkeşlərimiz bizimlə stadiona gəlmək istəyirlər. Komandamızla bu anı yaşamaq niyyətindəyik”.

“Report” “Football.london”a istinadən xəbər verir ki, bunu İngiltərə “Arsenalı”nın baş məşqçisi Unay Emeri mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, Avropa Liqasının finalında fanatları ilə birlikdə böyük atmosferə sahib olmağı üstün tutur: “Arsenal”ın çox azarkeşi var. Klubun Bakıda çoxlu fanatları olduğunu bilirəm və onlar orada olacaqlar. Amma Londonda da çoxlu fanatlarımız var, onların da bizimlə birlikdə olmasını üstün tuturam”.

İspaniyalı məşqçi futbolçusu Henrix Mxitaryanın Bakıdakı qarşılaşmada iştirak etməyəcəyi ilə bağlı da danışıb. Emeri oyunçu ilə danışdığını və bunun onun şəxsi qərarı olduğunu deyib: “O, ailəsi ilə də danışdı. Mən Bask bölgəsindənəm. Bizim də böyük siyasi problemlərimiz var. Onun qərarını başa düşürəm”.

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda “Çelsi” ilə qarşılaşacaq.