XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

21 May 2019 - 21:56

AFFA-dan erməni oyunçunun Bakıya gəlməkdən imtina etməsinə reaksiya:"Qərardan təəssüfləndik"

AFFA “Arsenal”ın erməni oyunçusunu Bakıya gətirməkdən imtinasına münasibət bildirib.

Strateq.az xəbər verir ki, bu barədə federasiya rəsmi açıqlama yayıb.

Açıqlamada deyilir ki, UEFA Avropa Liqasının final oyununda “Çelsi” ilə qarşılaşacaq “Arsenal” komandasının futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı klubun açıqlaması təəsüf yaradıb.

Açıqlamada vurğulanıb ki, futbolçunun ölkəmizə gəlməməklə bağlı şəxsi qərarı anlaçılan olsa da, UEFA-nın tələblərinə uyğun olaraq, Azərbaycan finalın ev sahibi kimi Mxitaryanın şəxsi təhlükəsizliyinə təmin olunmasına zəmanət verib: “Azərbaycan tərəfinin verdiyi zəmanətin ciddiliyini şübhə altına salmaq üçün heç bir səbəb yoxdur. Ötən illər ərzində Azərbaycan öz ərazisində keçirilmiş beynəlxalq idman tədbirlərində çoxsaylı erməni əsilli idmançıların problemsiz iştirakını təmin edib.

Nəhayət, hesab edirik ki, bu təəssüf doğuran açıqlama səbirsizliklə gözlədiyimiz final oyununun keyfiyyətinə və möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək. Tezliklə Bakıya təşrif buyuracaq hər iki komandanı qarşılamağa tam hazırıq”.