XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 March 2016 - 15:51

Səhiyyə Nazirliyi:"Sertifikasiya şəhadətnaməsi elektron qaydada veriləcək"

 

sehiyye-nazirliyi

 

Tibb işçiləri artıq sertifikasiya şəhadətnaməsini elektron qaydada ala biləcəklər.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən azertag.az-a bildirilib ki, bunun üçün e-health.gov.az saytına daxil olaraq “Sertifikasiya şəhadətnaməsinin çapı“ elektron xidməti barədə təlimatda göstərilən ardıcıllıqla sertifikasiya şəhadətnaməsini çap etmək mümkündür.

 

Əgər vətəndaş həmin saytda qeydiyyatdan keçməyibsə, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin rəsmi portalında qeydiyyatdan keçmənin təlimatında göstərilən formada qeydiyyata düşə bilər. Əlavə məlumatı 433-08-93 nömrəli telefona zəng etməklə və ya [email protected]  elektron poçtu ilə əlaqə saxlamaqla almaq olar.