XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 May 2019 - 16:25

Azərbaycan və Belarus arasında hərbi əməkdaşlığa dair işçi görüşü keçirilib –Bakıda + FOTO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında imzalanmış 2019-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi inspeksiya üzrə ekspertləri səviyyəsində işçi görüşü keçirilib.

Strateq.az MN-ə istinadən xəbər verir ki, mayın 24-də Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəisi general-mayor Zakir Ağayev ölkəmizdə səfərdə olan belaruslu həmkarı general-mayor İvan Boquslavskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tərəflər hərbi inspeksiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıb, əlaqələrin daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.