XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 May 2019 - 09:45

Yıldırım seçki qurumlarının rəhbərlərini suçladı:"Bizi bu vəziyyətə onlar saldı"

“CHP-nin namizədi zərərçəkən imiş… Burada zərərçəkən varsa, o da mənəm. Bizim səslərimiz oğurlandı. Kimdir bizi bu vəziyyətə salan? İşini düzgün icra etməyən seçki qurumlarının rəhbərləri”.

Bu sözləri hakim Ədalət və İnkişaf Partiyasından (AKP) İstanbul bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırım deyib.

“İstanbul seçkisini tamamlaya bilmədik. Yaşanan olayları təkrarən sadalayan deyiləm. Əgər bu seçkidə səslər yenidən sayılsaydı, CHP imkan versəydi, istanbullulara zəhmət verib, yenidən səsverməyə dəvət etməyəcəkdik. Bizim təşkilat seçki üçün çox çalışdı. Lakin istanbulluların verdiyi səslər sanki buxarlandı. Buna görə də yenidən sayılmasını istədik. Sadəcə 10 faizini saydırdıq. Bu səs sayımında fərq 29 mindən 13 min 729-a qədər gerilədi. Yarıdan çox götürülən səslərimizi geri qaytardıq. Əgər 90 faizini saysaydıq, təkrar seçkilərə ehtiyac qalmayacaqdı. CHP bunu bildiyi üçün şiddətli şəkildə qarşı çıxdı. Bizim də artıq seçkilərin yenilənməsi üçün müraciət etməkdən başqa yolumuz qalmadı”, – deyə Yıldırım bildirib. /Axar.az