XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

27 May 2019 - 15:14

“”Arsenal”a qarşı mübarizə açıq və möhtəşəm olacaq” –Pedro Rodriges

“Bu mövsüm Avropa Liqasında möhtəşəm oynadıq. Mauritsio Sarrinin strategiyası çox yaxşı işləyirdi. Çoxlu qol epizodları yaradırıq, rəqibin cərimə meydançasında hər zaman “Çelsi” futbolçusu var idi. “Arsenal”a qarşı mübarizə açıq və möhtəşəm olacaq”. 

Bunu İngiltərənin “Çelsi” komandasının futbolçusu Pedro Rodriges Bakıda keçiriləcək Avropa Liqasının final oyunu barədə danışarkən deyib.

32 yaşlı hücumçu rəqibin futbol oynamağı bildiyini və bunu çox sevdiyini söyləyib: “Onlar də bizim kimi ön xətdən müdafiə olunur. Buna görə də finalın baxımlı olacağını düşünürəm” deyən ispaniyalı oyunçu bütün finallarda hər zaman ən yaxşıların xatırlandığını diqqətə çatdırıb: “Liverpul” – “Milan” kimi çox yaxşı finalları və “Barselona” azarkeşləri üçün çox emosional olan “Arsenal”la həlledici qarşılaşmanı xatırlayıram. Başınızın üzərinə kubok qaldırdığınız zaman keçirdiyiniz hisslər özəldir. Bunu hiss etmək üçün onu yaşamalısınız. Çünki sözlə ifadə etmək mümkün deyil”.

Rodriges deyib ki, insanlar bir çox şeydən yorula bilər, amma qələbə qazanmaqdan heç vaxt yorulmazlar: “Hər zaman mümkün olduğu qədər çox kubok qazanmağa çalışırsınız. Karyeranızın sonunda isə geriyə baxaraq nələr edə bildiyinizi görə bilərsiniz”.

Qeyd edək ki, İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək/Report.