XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

28 May 2019 - 14:08

Əli Əhmədov:"Fanatların oyuna Azərbaycan bayrağı ilə getmək təklifini dəstəkləyirəm"

“Mayın 29-da Bakının Olimpiya Stadionunda Avropa Liqasının final oyunu keçiriləcək. Avropanın iki məşhur futbol komandasının – “Arsenal” və “Çelsi”nin çempionluq uğrunda yarışına Bakının ev sahibliyi etməsi əlamətdar hadisədir”. 

Bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibiƏli Əhmədov deyib.

Onun sözlərinə görə, bu, təkcə idman bayramı deyil, eyni zamanda Azərbaycanı, Bakını tanıtmağın gözəl imkanıdır: “Artıq bir neçə gündür Bakı, Azərbaycan futbolsevərlərin ən çox müzakirə etdiyi ölkə və şəhərdir: “Həmin gün bütün dünyanın nəzərləri Bakıda olacaq. İdmançılara uğurlar diləyirəm. Komandalardan hansısa çempion adına məhz Bakıda nail olduğunu heç zaman unutmayacaq. Eynilə də fanatlar Bakıda keçirilən oyundan ən xoş təəssüratlarla qayıdacaqlarına əminəm”.

“Bakıdakı futbol fanatlarının oyuna Azərbaycan bayrağı ilə getmək barədə sosial şəbəkələrdə səsləndirilən təklifi mən də dəstəkləyirəm. Yaxşı olar ki, Bakı həm oyunçuların, həm də fanatların yaddaşında təkcə stadionun gözəlliyi ilə deyil, həm də azarkeşlərin coşqusu ilə qalsın. Azərbaycan bayraqları, Azərbaycan coşqusu və Azərbaycan qonaqpərvərliyi ilə futbolçuları və onların Bakıya gəlmiş fanatlarını salamlayırıq. Hamınıza gözəl idman həyəcanı və xoş istirahət arzulayıram”, – deyə Ə.Əhmədov bildirib. /Report