XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

28 May 2019 - 14:55

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb –ETSN

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentindən  Strateq.az-a verilən məlumata görə, mayın 27-si gündüzdən 28-i səhərədək Böyük Qafqazın bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 16 mm, Qəbələdə 1 mm olub. Mayın 28-də saat 10. 50-11.20 radələrində Sarıbaşda (Qax) diametri 1,4 sm olan dolu qeydə alınıb.

Mayın 27-də qərb küləyi arabir Naftalanda 22 m/s, Bakıda və Abşeron yarımadasında 18-20 m/s-dək güclənib.

Mayın 27-də Bakıda iqlim normasından 3.2° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-25° isti, aran rayonlarında 27-32° isti, dağlıq rayonlarda 19-21° isti, Naxçıvan MR-da 28-31° isti təşkil edib.