XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

28 May 2019 - 16:18

Azərbaycan və Gürcüstan QHT-ləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub –Tbilisidə

Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycan və Gürcüstanın qeyri-hökumət təşkilatları arasında görüş keçirilib.

Görüşdə QHT-lər arasında əməkdaşlıq məsələləri və əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub.

Muzeyin direktotu Leyla Əliyeva çıxış edərək Azərbaycan və Gürcüstan arasında mehriban qonşuluq münasibətlərindən danışıb. O bildirib ki, iki ölkənin ictimai təşkilatları arasındakı əlaqələr də gücləndirilməlidir.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Fəxri Hacıyev çıxışında Azərbaycan Xalq Cümhuriyətinin yaradılması tarixindən söz açıb. O, Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Diplomatın sözlərinə görə, iki ölkənin QHT-ləri arasında əməkdaşlıq imkanları araşdırılmalıdır.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının katibi Nərgiz Xələf mayın 28-nin Azərbaycan üçün qürurlu tarix olduğunu deyib. O, bu tarixlə əlaqədar Azərbaycanın aparıcı QHT-lərinin AXC-nin elan olunduğu Tbilisi şəhərinə səfərinin təşkil olunduğunu qeyd edib: “Gürcüstanda vətəndaş cəmiyyəti əsas sektorlardan biridir və kifayət qədər güclüdür. İstəyirik ki, gələcəkdə Azərbaycan və Gürcüstan QHT-ləri arasında sıx əməkdaşlıq qurulsun”.

Gürcüstan-Azərbaycan Mədəni Əlaqələrinin İnkişafı Fondunun sədri Simon Kopadze, öz növbəsində, Azərbaycan nümayəndə heyətini Respublika Günü münasibətilə təbrik edib. O, Gürcüstan və Azərbaycan arasındakı dostluğun sarsılmaz olduğunu qeyd edərək iki ölkənin QHT-ləri arasındakı sıx əməkdaşlığın qurulmasının zəruri olduğunu bildirib.

S.Kopadze Azərbaycan QHT-ləri ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Görüş QHT sektor təmsilçiləri arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi ilə davam etdirilib.  /Report