XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

28 May 2019 - 17:21

“Bakıda kim xal itirsə, onun problemləri olacaq” –Pavel Hapal

“Azərbaycanla oyun çox vacib olacaq. Bakıda kim xal itirsə, onun irəli getmə hədəfləri baxımından problemləri olacaq”.

Bu fikirləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal iyunun 11-də keçirəcəkləri 2020-ci il Avropa çempionatının seçmə qrup oyunu barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis bildirib ki, hamı bu amili beynində həkk etməlidir: “Hətta bu, mövsümdən sonrakı çox qeyri-münasib dövr olsa belə”.

Hapal Azərbaycanla oyundan əvvəl İordaniya ilə yoldaşlıq görüşündə yığmaya dəvət etdiyi 29 futbolçudan ibarət geniş heyət üzvlərinə şans verəcəyini də diqqətə çatdırıb. Baş məşqçinin sözlərinə görə, bu, ilk növbədə, oyunçuları iş başında görmək, həm də Bakı səfəri öncəsi güc sərfiyyatına yol verməməkdir.

Qeyd edək ki, Slovakiya İordaniya ilə iyunun 7-də Trnavada, Azərbaycanla isə iyunun 11-də Bakıda qarşılaşacaq/Report.