XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 May 2019 - 21:08

Biləcəri qəsəbəsində evdə silah-sursat tapılıb –FOTO

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində silah-sursatın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan “Report”a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri XPŞ-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Biləcəri XPŞ-nin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 5 ədəd tüstü şaşkası aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Tüstü şaşkalarının ətrafında 60 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.