XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

29 May 2019 - 15:30

Dövlət Xidməti:"Ölkənin 62 avtovağzal və avtostansiyası bu gün ən sıx qrafikini yaşayır"

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar ölkənin 62 avtovağzal və avtostansiyası bu gün ən sıx qrafikini yaşayır.

Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, qurum gücləndirilmiş iş rejimində işləyir:

“Ümumilikdə respublika üzrə həm beynəlxalq, həm də yerli daşımalara görə 100-ə yaxın əlavə avtobus xəttə buraxılıb. Gücləndirilmiş iş rejimi sabaha qədər davam edəcək. Əlavə olaraq qeyd edək ki, “Bakı Taksi Xidməti” MMC-nin London taksiləri ilə bir qrup fiziki məhdudiyyətli azarkeşimizin də Olimpiya Stadionuna pulsuz daşınması təmin olunacaq”. /Trend