XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

29 May 2019 - 18:00

Səfir:"Təhlükəsizliyə zəmanət veririk"

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə “The İndependent” qəzetinin 25 may sayında Conatan Lyunun müəllifliyi ilə dərc edilən “Henrix Mxitaryan: Bakı və nə səbəbdən idman və siyasət bir birindən ayrıla bilməz” məqaləsinə cavab hüququndan istifadə edərək, həmin qəzetin baş redaktoruna açıq məktub ünvanlayıb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən  Strateq.az-a verilən məlumata görə, məktubda müəllifin bəzi məsələlərə “tarixi” baxımdan toxunmadan öncə, tarixi öyrənməli olduğu tövsiyə edilib.

Həmçinin Bakıda UEFA Avropa Liqası ilə bağlı bütün idmançılara və azarkeşlərə təhlükəsizlik zəmanətinin verildiyi xatırladılıb.

Səfir məktubunda Ermənistanın Azərbaycana qarşı təcavüz və etnik təmizlənmə siyasətinin yürütdüyünü, Xocalı soyqırımını törətdiyini və indiyə kimi beynəlxalq ictimaiyyətinin tələblərinə məhəl qoymadığını vurğulayıb və müəllifi əsl tarixi yanaşmaya dəvət edərək, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə ilə yaxından tanış olmağa çağırıb.

T.Tağızadə həmçinin müəllifi qondarma “şahidlər”ə və naməlum “sorğular”a istinad etməkdənsə, daha etibarlı mənbələrə müraciət etməsini məsləhət görüb və bu xüsusda konkret nümunələr göstərib.

Səfirin məktubu ilə bağlı daha ətraflı məlumat aşağıdakı link üzrə əldə edə bilərsiniz: http://london.mfa.gov.az/news/4/3027