XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

29 May 2019 - 20:13

Bu gün 12 məntəqədə 450 xüsusi avtobus fəaliyyət göstərəcək- Azarkeşlərin daşınması üçün

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Trend-in məlumatına görə, azarkeşlərin rahat və təhlükəsiz daşınması üçün 12 məntəqədə ümumilikdə 450 avtobus fəaliyyət göstərəcək.

O cümlədən, finala bilet alan tamaşaçılar Bakı Olimpiya Stadionuna metronun “28 May” stansiyası yaxınlığından X2 (Səməd Vurğun bağı), metronun “Q.Qarayev” stansiyası yaxınlığından X1 ekspres xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər.

Xatırladaq ki, bu gün saat 23:00-da Bakı Olimpiya Stadionunda (BOS) UEFA Avropa Liqasının final qarşılaşması keçiriləcək. Avropanın nüfuzlu final qarşılaşmasını həyəcanla gözləyən azarkeşlər qrup mərhələsində yüksək nəticə göstərən “Çelsi” və “Arsenal” klublarının görüşünü izləyəcəklər.