XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

29 May 2019 - 21:06

Avropa Liqasının rəmzi yığmasının tərkibi açıqlanıb- Adlar

InStat” şirkəti UEFA Avropa Liqasının rəmzi yığmasının tərkibini açıqlayıb.

“Report”un məlumatına görə, 11 futbolçudan 3-ü İngiltərənin “Arsenal”, hərəyə 2-si “Çelsi”, İspaniyanın “Valensiya” və Almaniyanın “Ayntraxt”, hərəyə 1-i İtaliyanın “Atalanta” və Rusiyanın “Zenit” klublarındandır.

Komandanın tərkibi: Kevin Trapp (“Ayntraxt”, Almaniya), Şkodran Mustafi (“Arsenal”, İngiltərə), Muktar Dyakabi (“Valensiya”, İspaniya), Rafael Toloy (“Atalanta”, İtaliya), Martin Hinteregger (“Ayntraxt”), Enzli Meytlend-Naylz (“Arsenal”), Daniel Parexo (“Valensiya”), Ruben Loftus-Çik (“Çelsi”, İngiltərə), Pyer-Emerik Obameyanq (“Arsenal”), Artyom Dzyuba (“Zenit”, Rusiya), Eden Azar (“Çelsi”)

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda “Arsenal” və “Çelsi” komandaları arasında keçiriləcək final oyunu saat 23:00-da başlanacaq.