XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

29 May 2019 - 21:55

Mahmud Abbas Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb- Mətn

Fələstin Dövlətinin Prezidenti Fələstin Azadlıq Təşkilatı İcraiyyə komitəsinin sədri Mahmud Abbas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un məlumatına görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident.

Əziz Qardaşım.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm. Bu bayramın Sizə, ölkənizə və xalqınıza daha çox tərəqqi, rifah bəxş etməsini diləyirəm. Ölkələrimizi və xalqlarımızı birləşdirən güclü həmrəylik və qardaşlıq əlaqələrimizlə fəxr edirəm. Ölkələrimiz və xalqlarımızın qarşılıqlı maraq və mənafeləri üçün bu əlaqələri inkişaf etdirmək, yeni üfüqlər açmaq və qarşılıqlı əməkdaşlıq yollarını gücləndirmək hər zaman bizim diqqət mərkəzimizdə olacaqdır.

Xahiş edirəm, ən xoş təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər arzu edirəm”.