XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

30 May 2019 - 15:44

Məktəblilər vahid geyim formalar geyinəcək –Nazirlik açıqladı

“Azərbaycanda məktəblilərin vahid geyim formaları olacaq”.

Bunu təhsil nazirinin müavini İdris İsayev media üçün təlimdə yeni qəbul olunan “Ümumi təhsil haqqında” qanunla bağlı çıxışı zamanı deyib.

O qeyd edib ki, yeni qəbul edilən qanunda məktəbli geyim formalarının eyni olması ilə bağlı müddəa yer alıb: “Bu günə qədər məktəblər formaları özləri müəyyənləşdirirdilər. Lakin yeni qanunla bir neçə geyim formasının təsviri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Təhsil müəssisəsi idə bunlardan birini seçib tədbiq etməlidir. Heç bir məktəb Nazirlər Kabinetinin təsdiq etdiyi təsvirdən kənara çıxa bilməz”.

Report