XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

30 May 2019 - 17:26

Nazir müavini:"ÜTT ilə danışıqlar iyun ayında davam edə bilər"

Azərbaycanla Ümumdünya Ticarət Təşkilatı (ÜTT) arasındakı danışıqlar çərçivəsində yeni görüş iyun ayında keçirilə bilər.

Bu barədə Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev  deyib.

“Müəyyən irəliləyiş var, amma mənim fikrimcə, bunlar çox da ciddi deyil. Ola bilsin, iyun ayının axırında görüş keçirilər”, – nazir müavini qeyd edib.

Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzv ölkələri ilə danışıqlara 2004-cü ildən başlayıb. Hazırda danışıqlar 13 ölkə ilə aparılır. Bu günədək Türkiyə, Gürcüstan, Oman Sultanlığı, Birləşmiş Ərəb Əmirlikləri, Qırğız Respublikası ilə danışıqlar yekunlaşdırılaraq müvafiq protokollar imzalandığı halda, Çin və Moldova ilə protokol imzalanması ilə bağlı işlər görülür.

Son vaxtlar Azərbaycanda iqtisadiyyatın inkişafına dair 12 strateji yol xəritəsi qəbul olunub, ticarətin tənzimlənməsi, idxalata dair gömrük rüsumları sistemlərində dəyişikliklər edilib, ticarət və logistika infrastrukturları təkmilləşdirilib. Sözügedən yol xəritələrinin həyata keçirilməsi ÜTT üzvlüyü üçün təməl rolu oynayacaq. Belə ki, yalnız ölkədə keçirilən iqtisadi islahatların 2020-ci ilədək əldə edilməsi gözlənilən ilkin nəticələri ortaya çıxandan sonra danışıqların fəallaşması və üzvlük məsələsinin başa çatdırılması mümkün olacaq.

Azərbaycan 1997-ci ildən Ümumdünya Ticarət Təşkilatı yanında müşahidəçi statusuna malikdir. /Report