Kürdəmir rayonuna güclü yağış yağıb.
Məlumata görə, günorta saatlarında rayonun, əsasən, Axtaçı, Qarabucaq, Qocalı, Carlı, Xəlsə, Mehdili, Dayıkazımlı, Mollakənd, Türkədi kəndlərinə leysan yağış yağıb, dolu düşüb.
Təbii hadisə nəticəsində fərdi təsərrüfatlara, o cümlədən meyvə ağaclarına ziyan dəyib/Report.