XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

30 May 2019 - 20:37

FIFA-nın sabiq baş katibinə ağır cəza verildi –8 il futbol sahəsində vəzifə tuta bilməyəcək

FIFA Etika Komitəsi Okeaniya Futbol Konfederasiyasının sabiq baş katibi Taya Nikolası 8 il müddətinə futboldan uzaqlaşdırıb.

İstintaq zamanı 2014-cü ildən 2017-ci ilə qədər qurumun üzvü olan Nikolasın FIFA-nın vəsaitlərini qeyri-qanuni yolla mənimsədiyi məlum olub. Onun təşkilatın etika normalarını pozaraq qiymətli əşyalar təqdim və qəbul etdiyi də ortaya çıxıb.

Diskvalifikasiyaya əlavə olaraq sabiq funksioner 50 min İsveçrə frankı məbləğində cərimə olunub/Report.