XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

31 May 2019 - 11:12

Birinci vitse-prezidentin köməkçisi:"Ötən il cinayət işləri üzrə cəmi 89 bərat hökmü verilib"

“2018-ci ildə Azərbaycanda cinayət işləri üzrə cəmi 89 bərat hökmü verilib və bu da ümumi cinayət işlərinin 1 faizindən aşağı rəqəmdir”.

Bunu Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda konfransda deyib.

O qeyd edib ki, bu, dövlət ittihamının çox təkmil işləməsindən, vəkillərin müqavimətindən, məhkəmənin passivliyindən və məlum olmayan səbəblərdən irəli gələ bilər: “Hesab edirik ki, bütöv ittihamla müdafiə tərəfinin balanslı nəticə əldə etməsi üçün vəkillik öz səylərini artırmalıdır. Məlum olduğu kimi, Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatlarla bağlı imzaladığı Fərmanda ədalət mühakiməsinin əlçatanlığı məsələsi xüsusilə vurğulanır”. /Report