XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 May 2019 - 11:27

Təhsil naziri:"2019-2020-ci tədris ili üçün ali məktəblərdə dövlət sifarişli yerlərin sayı üstünlük təşkil edib"

“Son 6 ildə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayında 20.8 faiz artım müşahidə olunub”.

Bnu Təhsil naziri Ceyhun Bayramov  “İqtisadiyyat və İdarəetmə ixtisasları üzrə magistrantların Beynəlxalq Elmi Konfransı”nda çıxışı zamanı deyib.

O bildirib ki, təkcə 2018-ci ildə 41 mindən çox şəxs tələbə adını qazanıb: “İqtisadiyyatın inkişafında ali təhsilin rolu xüsusi önəm kəsb edir. Azərbaycan vətəndaşlarının ali təhsilə çıxış imkanlarının genişləndirilməsi dövlətin əsas prioritet istiqamətlərindən biridir. Ali təhsil müəssisələrində 2019-2020-ci il tədris ili üçün dövlət sifarişli yerlərin sayı 66 faiz təşkil edib. Biz bu gün magistratura səviyyəsində qəbul dinamikasını müşahidə edirik”. /Report