Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası oktyabrın 11-də Türkmənistan paytaxtı Aşqabadda keçiriləcək.
Bu barədə MDB İcraiyyə Komitəsinin sədri – MDB-nin icraçı katibi Sergey Lebedev bildirib.
“İndi MDB ölkələri üçün bu əhəmiyyətli görüş üçün hazırlıqlar aparılır. MDB ölkələrinin prezidentləri oktyabrın 11-də Aşqabadda toplaşacaq. İclasda MDB-nin daha da güclənməsinə yardım edəcək bir sıra vacib qərarların qəbul ediləcəyi gözlənilir”, – S.Lebedev MDB Hökumət Başçıları Şurasının iclasının yekununda keçirilən mətbuat konfransında deyib.