XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

31 May 2019 - 16:24

Təhsil Nazirliyi:"Məktəblilər üçün kütləvi yay düşərgələri təşkil ediləcək"

Təhsil Nazirliyi məktəblilər üçün kütləvi yay düşərgələri təşkil edəcək.

Bunu Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Hilal Salmanov deyib.

O bildirib ki, bu, gələcəkdə maddi-texniki baza yaxşılaşdırıldıqdan sonra mümkün olacaq: “Bu halda məktəblilər düşərgəyə seçmə şəkildə aparılmayacaq, istənilən sayda şagird qatıla biləcəklər. Bu gün üçün Təhsil Nazirliyi tərəfəndən məktəblilər üçün qısamüddətli yay düşərgələri təşkil olunur. Bura əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən təhsil sahəsində, idmanda seçilən, fənn olinpiyadalarında qalib gələn şagirdlər yönləndirilir. Son 3 ildə bu düşərgələrə minlərlə şagird cəlb edilib”.

Report