İyulun 18-də Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa aviareys həyata keçiriləcək.
Misir Mədəniyyət Mərkəzindən bildirilib ki, aviareys “Sunday Airlines” brendi adı ilə “Scat” aviaşirkətinin rahat və komfortlu “Boeing 757–200” avialayneri ilə yerinə yetiriləcək. Uçuşlar həftənin cümə axşamları həyata keçiriləcək. Turların müddəti 7 gecədən 14 gecəyədək davam edir. Üç saatlıq uçuş zamanı sərnişinlərə soyuq qəlyanaltı və alkoqolsuz içkilər təklif edir.
Şarm əl-Şeyx turlarını Bakıda istənilən turizm agentliklərindən sifariş etmək olar(azərtac).