XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 June 2019 - 10:34

Komitə sədri:"“Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması işlərinə başlanılıb"

“Ali təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması üçün ilkin hazırlıq işlərinə başlanılıb.

Bunu Trend-ə Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, Milli Məclisdə yay tətili ərzində layihənin ilkin versiyasının hazırlanması nəzərdə tutulur: “Düşünürük ki, layihə yay tətili ərzində hazır olsun. Onu MM-in payız sessiyasına təqdim etməyə çalışacayıq”.

İ.Həbibbəyli qeyd edib ki, 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” qanunun bir bölməsi ali təhsil üzrədir:

“2009-cu ildən sonra dünya təhsil sistemində böyük dəyişikliklər olub. Çalışacağıq ki, həm dünya təcrübəsində olan dəyişikliklər, həm də Azərbaycan təhsilindəki yeniliklər, perspektivlər layihədə öz əksini tapsın”.