XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

01 İyun 2019 - 11:53

Müharibə veteranlarına Prezident təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlər…- Siyahı müəyyənləşib

Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı müəyyənləşib.

ONA-nın məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin

“Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda əksini tapıb.

Belə ki, Nazirlər Kabinetinin “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 2.33-cü bənd əlavə edilib.

Əlavəyə əsasən, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti tələb olunacaq.

Bu Qərarın 2-ci hissəsi 2019-cu il aprelin 1-dən tətbiq edilir.