XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

01 İyun 2019 - 17:21

Türkiyə Futbol Federasiyasına yeni rəhbər təyin edilib- 42-ci rəhbər Nihat Özdəmir oldu+FOTO

Türkiyə Futbol Federasiyasına yeni rəhbər təyin edilib.

ONA-nın Türkiyə bürosunun məlumatına görə, bu gün Ankarada keçirilən Türkiyə Futbol Federasiyasının İdarə Heyəti sədrliyinə keçirilən 42 –ci seçki prosesi başa çatıb.

Yeganə namizədliyi irəli sürülən, bundan öncə TFF-də sədr vəkilliyini icra edən Nihat Özdəmir 179 səslə Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin sədri olub.

Türk futbolunu haqq etdiyi səviyyəyə yüksəltmək niyyətində olduğunu bildirən yeni sədr ondan əvvəlki rəhbərliyə – Yıldırım Dəmirörən və Hüsnü Güreliyə təşkkürünü bildirərək qarşıdakı 4 il ərzində görəcəyi işlər haqqında məlumat verib. Bütün təcrübə,bilik və bacarıqlarına arxalanaraq münaqişələrdən uzaq, sayğılı bir mühitdə türk futboluna xidmət edəcəyini bildirib.

Qeyd edək ki, “Fənərbaxça” futbol klubunun keçmiş 2-ci sədri olan, Türkiyə Podratçılar Birliyinin başçılıq edən Özdəmir, İstanbulun Sabiha Gökçen aeroportunun səhmdarıdır.