XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 İyun 2019 - 20:20

“Qəbələ”dən ayrılan Cavid Hüseynov “Zirə”yə keçib- Yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

“Report” xəbər verir ki, “Qəbələ”dən ayrılan Cavid Hüseynovla anlaşıb. 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Cavid Hüseynovun “Zirə”nin mətbuat xidmətinə keçidi ilə bağlı açıqlama verib: “”Zirə” rəhbərliyi və baş məşqçi Samir Abasovun məni komandada görmək istədiklərini bilirdim. Klub rəhbərliyi ilə müzakirələr apardıq.

Fikir mübadiləsindən sonra hər şey məni qane etdi. Həm maddi, həm də digər şərtlərdə razılıq əldə etdik. Beləliklə bu gün müqavilə bağladıq, “Zirə” ilə müqavilə imzaladığma görə şadam”.

Qeyd edək ki, Hüseynov indiyə qədər “Turan”, MOİK, “Olimpik”, “Keşlə”, “Neftçi”, “Adana Demirspor” (Türkiyə), “Bakı” və “Qəbələ”də forma geyinib. Cavid həmçinin Azərbaycan yığmasında da meydana çıxdığı 52 oyunda 2 dəfə fərqlənib.