XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

02 İyun 2019 - 12:30

Sabah hava necə olacaq? –PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən bululdlu. Yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman gözlənilir, cənub küləyi gündüz arabir güclənəcək.

Strateq.az ETSN-ə istinadla xəbər verir ki, Havanın temperaturu gecə 19-24° isti, gündüz 29-33° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 40-50 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti təşkil edəcək.