XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 İyun 2019 - 15:17

Qubada ev yanıb:xəsarət alan var

Qubada ikimərtəbəli ev yanıb.

Hadisə Mirzəbaba Tahirov küçəsi 40 ünvanında qeydə alınıb.

Hadisə yerinə FHN nin Quba Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını və Quba Mərkəzi Rayon Xəstəxanasının təcili tibbi yardım maşını cəlb edilib.

Niftulla Yaşar oğlu Əliyevə məxsus evin yanması nəticəsində ailə üzvlərindən biri – 33 yaşlı Əlibala Yaşar oğlu Əliyev yanıq xəsarətləri alıb. Ə.Əliyev Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun vəziyyəti ağır olduğundan Bakıdakı 5 saylı Yanıq Mərkəzinə göndərilib.

İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş vermiş qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır. /Report