XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

02 İyun 2019 - 16:30

DİM:"IX sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb"

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 2-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin IX sinfində təhsil alan 37 min 670 şagird üçün buraxılış imtahanının ikinci mərhələsini keçirib.

DİM-dən Strateq.az-a verilən məlumata görə, imtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi binalarla müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun keçirilib, şagirdlərin bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İyunun 3-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələr yaxın günlərdə elan ediləcək.

İmtahan ilə əlaqədar şagirdlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apellyasiya Komissiyası yaradılıb. Komissiya Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. Şagirdlər Apellyasiya Komissiyasına iyunun 3-də, 4-də və 7-də saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiqləyən sənədin əsli və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.