XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Mart 2016 - 17:53

“Polis haqqında” qanuna dəyişiklik –Sərəncam

 

Prezident İlham Əliyev "Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

 

Strateq.az xəbər verir ki, sərəncama əsasən, "Polis haqqında” Azərbaycan Respublikası Qanununu "Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilib:

 

"Polis haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 611; 2001, № 11, maddə 699, № 12, maddə 731; 2002, № 3, maddə 118, № 6, maddə 328; 2003, № 1, maddə 22, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 3, maddə 133; 2006, № 2, maddələr 74, 75, № 11, maddə 927; 2007, № 8, maddə 756; 2008, № 4, maddə 251, № 7, maddə 602, № 8, maddə 696, № 10, maddə 883; 2009, № 6, maddələr 399, 401; 2010, № 2, maddə 74, № 3, maddə 171; 2014, № 2, maddə 87, № 11, maddə 1360; 2015, № 5, maddə 486, № 11, maddə 1277; Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 30-VQD nömrəli və 29 dekabr tarixli 85-VQD nömrəli qanunları) 28-ci maddəsinin VI hissəsində "mükəlləfiyyət qeydiyyatından” sözləri "qeydiyyatdan” sözü ilə əvəz edilsin.