XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

03 İyun 2019 - 10:04

Rezidenturaya qəbulun II mərhələsinə qeydiyyat başladı –100 manat ödənilməlidir

Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlayıb.

Strateq.az Dövlət İmtahan Mərkəzinə istinadla bildirir ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği (100 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edib iyunun 3-dən 10-dək qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

İxtisas üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 14-də keçiriləcək.