XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

03 İyun 2019 - 14:54

Teymur Bayramov:"İrəvan Dram Teatrının binasında təmir işləri başlayıb"

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasında təmir işləri başlayıb. 

Bunu teatrın mətbuat katibi Teymur Bayramov deyib.

O bildirib ki, əsaslı şəkildə təmir olunan bina 2020-ci ilin dekabrın 25-də təhvil verilməlidir: “Təmir işləri getdiyinə görə, elə həmin ərazidən teatr üçün müvəqqəti yer ayrılıb. Tamaşalarımız isə Mədəniyyət Nazirliyinin göstərişi ilə digər teatrların səhnələrində təqdim olunur. Teatr mövsümü iyulda bağlanır. Məşqlər davam edir deyə, mövsümün hansı tamaşa ilə bağlanacağı dəqiqləşməyib”.

Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin fevralın 20-də Bakı şəhərinin Binəqədi rayonunda yerləşən İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasının əsaslı təmiri və yenidən qurulması işləri haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, teatr binasının əsaslı təmirinin və yenidən qurulma işlərinin davam etdirilməsi məqsədi ilə Mədəniyyət Nazirliyinə 2,0 milyon manat vəsait ayrılıb. /Report