XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

03 İyun 2019 - 16:34

Azərbaycan güləşçisi erməniyə qalib gəlib –Avropa çempionatında

Azərbaycanın yunan-Roma güləşçisi Laçın Vəliyev İspaniyanın Pontevedra şəhərində start götürən gənclər arasında Avropa çempionatında Ermənistandan olan rəqibinə qalib gəlib. 

“Report” xəbər verir ki, 87 kq çəki dərəcəsində yer alan Vəliyev 1/8 final qarşılaşmasında Hakob Baqdasaryana heç bir şans verməyib – 9:0. O, daha əvvəl təsnifat görüşündə finlandiyalı Juho Matias Pahikayneni də eyni hesabla udub. 1/4 finalda onun rəqibi macarıstanlı David Losonşi olub.

55 kq çəkidəki Zaur Əliyev də adını yarımfinala yazdırıb. O, ilk görüşdə bolqarıstanlı Denis Krasimirov Demirova 9:0, 1/4 finalda danimarkalı Nikolay Soheyl Məhəmmədiyə 12:1 hesabı ilə qalib gəlib. Yarımfinalda Əliyevin rəqibi gürcüstanlı Pridon Abuladze olacaq.

63 kq-da Zaur Nuriyev 1/5 finalda portuqaliyalı Daniel Moraiş Kaldaşı 36 saniyəyə məğlub edib – 8:0. 1/4 finalda rəqib gürcüstanlı Leri Abuladze olacaq.

77 kq-da Nəsir Həsənov debütdə ukraynalı Dmitri Vasetskiyə 3:6 hesabı ilə uduzub.

130 kq-da isə Sərxan Məmmədov ilk görüşdə çexiyalı Markel Albiniyə 12:3 hesabı ilə qalib gəlsə də, 1/4 finalda macarıstanlı Dariuş Atilla Vitekə yenilib.