Amerikalı alimlər və astronomlar bildiriblər ki, martın 4-də, təxminən gecə saat 2-də nəhəng asteroidin Yer kürəsinin nisbətən yaxınlığından keçidini xüsusi teleskoplarla müşahidə etmək mümkün olacaq.
Azertag.az dni24.com-a istinadla xəbər verir ki, çox böyük ölçüləri olan kosmik cismin diametr 570 metrdir. Asteroidin ölçülərini maksimal dərəcədə təsəvvür etmək üçün astronomlar bildirib ki, onu Nyu-Yorkdakı saysız-hesabsız göydələnlərlə müqayisə etmək olar.
“Atir” adı almış asteroid ilk dəfə 2015-ci ilin martında aşkarlanıb. Alimlər kosmik cismi tədqiq etməkdə davam edirlər. Bütün gecə boyu onlar asteroidin Yer kürəsinin yaxınlığından necə uçub-getdiyinə tamaşa edəcəklər. Ev şəraitində onu teleskoplarla görmək mümkün olmayacaq, çünki bundan ötrü xüsusi böyüdücülər lazımdır.