XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 June 2019 - 10:48

Əlahiddə Ümumqoşun Ordunun artilleriyaçıları birinci yerə çıxdı –Müdafiə Nazirliyi

Azərbaycan Ordusunun “Ən yaxşı reaktiv artilleriya divizionu” adı uğrunda keçirilən yarışda Əlahiddə Ümumqoşun Ordunun artilleriyaçıları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Strateq.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, plana uyğun olaraq keçirilən yarışda Əlahiddə Ümumqoşun Ordunun reaktiv artilleriya divizionunun şəxsi heyəti bütün mərhələlər üzrə tapşırıqları uğurla yerinə yetirərək Azərbaycan Ordusu üzrə birinci yerə layiq görülüb.