XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 June 2019 - 12:26

Yol polisindən sürücülərə xəbərdarlıq:"Bunlar təhlükəsizliyiniz üçün vacib şərtdir"

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Ramazan bayramı münasibətilə sürücüləri təbrik etməklə yanaşı, onlara xəbərdarlıq edib.

Strateq.az idarəyə istinadla xəbər verir ki, BDYPİ səfərə çıxan sürücülərə zəruri qaydalara riayət etmələrini tövsiyə edib:

“İlk növbədə sürücülər səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına xüsusi diqqət yetirsinlər və təhlükəsizlik kəmərini təkcə özləri deyil, sərnişinlərin də bağlaması mütləqdir.

Unutmayaq ki, hərəkət zamanı sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi əməl etmək təhlükəsizliyimiz üçün vacib şərtdir. Yuxusuz, yorğun halda sükan arxasına əyləşməkdən çəkinin və hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli olsa da istirahət edin. İsti hava şəraitində soyuducu sistemi olmayan nəqliyyat vasitələrinin sürücülərinin günün sərin vaxtlarında yola çıxmaları məsləhət bilinir.

Yaddan çıxarmayaq ki, yol hərəkəti qaydalarına ciddi əməl etməklə Siz, həm özünüzün, həm də əzizlərinizin bayram günlərinin xoş keçməsinə şərait yaratmış olursunuz”.