XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 June 2019 - 18:12

Prezident İlham Əliyev İsveç Kralına məktub göndərib –Mətn

Prezident İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava təbrik məktubu ünvanlayıb. 

Təbrik mətnində deyilir:

“Əlahəzrət,

Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İsveç xalqına daim sülh və rifah diləyirəm”.