XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 March 2016 - 19:24

Dövlət Sərhəd Xidməti “Valideyn günləri” təşkil edəcək- Tarix, ünvan 

 

elcin-quliyev-liderxeber

 

Dövlət Sərhəd Xidməti Novruz bayramı ərəfəsində “Valideyn günləri” təşkil edəcək. 

 

Qurumun mətbuat xidmətindən azertag.az-a verilən məlumata görə, “Valideyn günləri”ndə qonaqlara öncə hərbi hissə barəsində ümumi məlumat verilir, valideynlər əsgərlər üçün yaradılmış xidmət və məişət şəraiti ilə yaxından tanış olurlar.

 

Tədbirin rəsmi hissəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Vətənimizin sərhədlərinin mühafizəsinə göstərdiyi ali diqqət və qayğı nəticəsində sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi istiqamətində qazanılan uğurlar haqqında ətraflı məlumat verilir, sərhədçilər üçün yaradılmış şərait barədə qonaqların təklif və rəyləri dinlənilir, dövlət sərhədinin mühafizəsinin təşkilində valideynlərin və hərbi kollektivin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılır.

 

Nümunəvi xidmət edən əsgərlər Fəxri fərmanlarla, “Xidmətdə fərqlənmiş sərhədçi” döş nişanları ilə, Döyüş Bayrağı önündə çəkilən fotoşəkillərlə, qiymətli hədiyyələrlə təltif olunur, onların valideynlərinə “Təşəkkür məktubları” təqdim edilir.

 

Valideynlər əsgər yeməkxanasında övladları ilə birgə nahar etdikdən sonra incəsənət ustalarının iştirakı ilə konsert proqramları təşkil olunur, maraqlı və rəngarəng mədəni-kütləvi tədbirlər keçirilir.

 

Dövlət Sərhəd Xidməti valideynləri Novruz bayramının sevincini övladları ilə birgə yaşamağa, sərhədçilər üçün yaradılmış yüksək xidmət və məişət şəraiti ilə yaxından tanış olmağa dəvət edir.

 

“Valideyn günləri” martın 19-da saat 10:00-da Dövlət Sərhəd Xidmətinin Bakı, Naxçıvan, Horadiz, Göytəpə, Lənkəran, Xudat, Şəki, Zaqatala, Şəmkir, Yevlax qarnizonlarında keçirilməsi planlaşdırılır.