Futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün başlanma tarixi bəlli olub.
Strateq.az AFFA-ya istinadla xəbər verir ki, növbəti mövsüm avqustun 16-da start götürəcək.
Mövsümün yay və qış transfer pəncərəsinin də vaxtı bəllidir. 2019-cu ilin 11 iyun – 2 sentyabr tarixi yay, 2020-ci ilin 7 yanvar – 3 fevral tarixi qış transfer pəncərəsi kimi qəbul olunacaq.