XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

05 İyun 2019 - 13:30

BMT Baş Assambleyasında yeni qətnamə qəbul edildi –Gürcüstanla bağlı

BMT Baş Assambleyasının iyunun 4-də keçirilən 73-cü sessiyasında Abxaziya və Cənubi Osetiyadan olan qaçqın və məcburi köçkünlərin statusu ilə bağlı qətnamə qəbul edilib.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda bildirilib ki, 79 ölkə sənədin lehinə, 15 ölkə isə əleyhinə səs verib. Qətnaməyə 45 ölkə qoşulub.

Sənəd qaçqın və məcburi köçkünlərin könüllülük, təhlükəsizlik və evlərinə qayıtmaq kimi fundamental hüquqlarını gücləndirir.

Qətnamədə, həmçinin işğal edilmiş rayonlarda demoqrafik dəyişikliklərin edilməsi pislənilir, Cenervrə danışıqlarının tərəfləri həmin bölgələrdə təhlükəsizlik və insan haqlarının qorunması istiqamətində səylərini canlandırmağa çağırır.

Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, qətnamədə Abxaziya və Sxinvaliyə (Cənubi Osetiya) təcili humanitar yardımların edilməsinin vacibliyi qeyd olunub.

Qətnaməyə GUAM ölkələri tərəfindən də dəstək verildiyi bildirilib. /APA