XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

05 İyun 2019 - 13:25

Beynəlxalq Avtovağzaldan bölgələrə 6700 sərnişin bölgələrə yola salınıb- Bu gün

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) iyunun 4-dən başlayaraq iyunun 10-dək gücləndirilmiş iş rejimində çalışacaq.

BBAK-ın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova APA-ya bildirib ki, 4 iyun tarixində şəhərlərarası istiqamətlərə 484 reyslə 13 559 sərnişin daşınıb: “Sərnişin sıxlığı daha çox Gəncə, Quba, Qusar, Şəki və Mingəçevir istiqamətlərində olub.

Beynəlxalq istiqamətlərə isə 30 reyslə 1100 sərnişin yola salınıb. Beynəlxalq reyslərdə ən çox sərnişin axını İstanbul şəhərinə olub.

Bu günə olan statistikaya görə, 228 reyslə 6700 sərnişin bölgələrə yola salınıb. Günün sonuna qədər bu rəqəmin 10 000-ə yaxın olacağı gözlənilir”.