XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

05 İyun 2019 - 17:55

Avtovağzal:"Sərnişin sıxlığı Gəncə, Quba, Qusar, Şəki və Mingəçevir istiqamətlərində olub"

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) iyunun 4-dən başlayaraq iyunun 10-dək gücləndirilmiş iş rejimində çalışacaq.

BBAK-dan “Report”a verilən məlumata görə, iyunun 4-də şəhərlərarası istiqamətlərə 484 reyslə 13 559 sərnişin daşınıb.

Məlumatda deyilir ki, sərnişin sıxlığı daha çox Gəncə, Quba, Qusar, Şəki və Mingəçevir istiqamətlərində olub: “Beynəlxalq istiqamətlərə isə 30 reyslə 1 100 sərnişin yola salınıb. Beynəlxalq reyslərdə ən çox sərnişin axını İstanbul şəhərinə olub”.

Həmçinin bildirilib ki, bu gün isə bu dəqiqələrə olan statistikaya görə, 228 reyslə 6 700 sərnişin bölgələrə yola salınıb. Günün sonuna qədər bu rəqəmin 10 000-ə yaxın olacağı gözlənilir.