XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 İyun 2019 - 18:55

Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində çalışacaq- İyunun 10-dək

Bakı Beynəlxalq Avtovağzal Kompleksi iyunun 4-dən başlayaraq iyunun 10-dək gücləndirilmiş iş rejimində çalışacaq.

Avtovağzal Kompleksinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 4-də şəhərlərarası istiqamətlərə 484 reyslə 13 min 559 sərnişin daşınıb. Sərnişin sıxlığı daha çox Gəncə, Quba, Qusar, Şəki və Mingəçevir istiqamətlərində olub.

Beynəlxalq istiqamətlərə isə 30 reyslə 1100 sərnişin yola salınıb. Beynəlxalq reyslərdə ən çox sərnişin axını İstanbul şəhərinə olub.

İyunun 5-də isə bu dəqiqələrə olan statistikaya görə, 228 reyslə 6700 sərnişin bölgələrə yola salınıb. Günün sonuna qədər bu rəqəmin 10 minə yaxın olacağı gözlənilir.