XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

06 İyun 2019 - 11:22

ATƏT PA-nın Tbilisidəki regional konfransı –Milli Məclisin üzvləri də iştirak edir

Gürcüstanın paytaxtı Tbilisi şəhərində ATƏT-in Parlament Assambleyasının (PA) “Parlament nəzarəti: Məsuliyyətə cəlbetmə qüvvəsi” adlı konfransı başlayıb.

İki gün davam edəcək regional toplantıda Gürcüstanla yanaşı, Azərbaycan, Ermənistan, Qırğızıstan, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Özbəkistandan olan parlamentarilər iştirak edirlər.

Azərbaycanı beynəlxalq tədbirdə ATƏT PA-nın vitse-prezidenti və Büro üzvü Azay Quliyev, deputatlar – Asim Mollazadə Sevinc Fətəliyeva təmsil edirlər.

Konfransda qanunverici orqanın nəzarət funksiyasının gücləndirilməsi sahəsindəki qabaqcıl təcrübələr bölüşüləcək, effektiv nəzarətin əhəmiyyəti barədə müzakirələr aparılacaq.

Konfransı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Gürcüstan Parlamenti və Milli Demokratiya İnstitutu birgə təşkil edib. Tədbirə həmçinin beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətinin nümayəndələri də qatılıblar. /Report