21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.
Yığmamız səfərdə Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Strateq.az AFFA-ya istinadla bildirir ki, Eschen şəhərindəki “Sportpark Eschen Mauren” stadionunda, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) keçiriləcək oyunu Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Oyundan əvvəl 1990-2007-ci illərdə UEFA-nın prezidenti olmuş Lennart Yohanssonun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükut elan olunacaq.